Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb

19:16 24 Yanvar 2024

Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında hökumət olaraq İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib.

Sitat.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban X sosial media hesabından NATO-nun baş katibi Stoltenberqlə telefon danışığı ilə bağlı açıqlama verib.

“Mən (telefon danışığında Stoltenberqə) Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Mən həmçinin vurğuladım ki, biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk mümkün fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik", - Orban deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti