“ Kiyev administrasiyası cinayəti ilə bağlı beynəlxalq araşdırma aparılmalıdır..". Bu sözləri deyən Kremlin sözçüsü Dmitri Peskov 65-i ukraynalı məhbus olmaqla 74 nəfərin olduğu Rusiya təyyarəsinin Ukrayna tərəfindən raketlə vurulmasının dəhşətli bir hərəkət olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Peskov dünən toqquşmalar zamanı əsir düşən 65 Ukrayna əsgəri, 6 ekipajı və 3 yoldaşı olan İl-76 tipli təyyarəyə raketin düşməsi ilə bağlı jurnalistlərə açıqlama verib.
Hadisənin Rusiya Müdafiə Nazirliyi tərəfindən araşdırıldığını bildirən Peskov deyib ki, ukraynalıların öz vətəndaşlarını bir gündə öldürməsi dəhşətli bir hərəkətdir: "Bunu anlamaq mümkün deyil. Kiyev administrasiyasının cinayət əməlləri ilə bağlı beynəlxalq araşdırma aparılmalıdır”.
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala Peskov, "Bu barədə heç kim heç nə deyə bilməz. Bu, səssizcə baş verməli bir prosesdir" deyə cavab verib.
Məğrur,
Sitat.info