Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Axar.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Ramin Vitali oğlu Əliyev müvafiq vəzifəyə təyinat alıb.
Qeyd edək ki, R.Əliyev bu təyinatadək Goranboy DYP-də çalışıb.
Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov isə təqaüdə göndərilib.