ABŞ Suriyadan çıxır: Diqqət Yaxın Şərqə yönəlib

19:57 25 Yanvar 2024

Amerikanın Suriyanı tərk edəcəyi iddiası yenidən gündəmdədir.

Sitat.info xəbər verir ki, bu iddia Amerika mətbuatında yer alıb.

Birləşmiş Ştatların uzun illərdir Suriyada qoşunları var. Terror təşkilatı PKK ilə təlimdən silah yardımına qədər sıx əlaqələri olan ABŞ mühüm qərarın ərəfəsindədir.

ABŞ-ın məşhur nəşrlərindən olan “Foreign Policy” 4 məmura əsaslanan xəbərində Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb. Xəbərdə xatırladılıb ki, ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var. Ağ Ev Suriyadakı missiyanı lazımsız hesab edir və ora sərmayə qoymaq istəmədiyi bildirir. 

Xüsusilə İŞİD-in Yaxın Şərqdəki vəziyyətinin ABŞ üçün həlledici səbəb olduğu yazılıb.

Hesabatda İŞİD-ın 2014-cü ildə İraqda ayda təxminən 850 hücum təşkil etdiyi halda, 2023-cü ildə ayda orta hesabla cəmi 9 hücum həyata keçirəcəyi iddia edilib.

Nərgiz.

Sitat.info



Xəbər xətti