İsrail məhbus mübadiləsi yolu ilə azad etdiyi fələstinlini yenidən həbs edib

20:41 25 Yanvar 2024

İsrail qüvvələri HƏMAS ilə son əsir mübadiləsi çərçivəsində azad edilən fələstinli gənci işğal altındakı İordan çayının qərb sahilində yenidən saxlayıb.

Sitat.info xəbər verir ki, Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlamaya görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhəri yaxınlığında yerləşən Biyr əl-Başa qəsəbəsinə basqın edib.

Qəsəbədəki fələstinli Həsən ailəsinin evinə basqın edən İsrail əsgərləri 18 yaşlı fələstinli Əhməd Vəlid Həsəni yenidən saxlayıb.

Kənan

Sitat.info



Xəbər xətti