Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağının şimalında əsas qida maddələrinin tapılmaması səbəbindən çox faciəvi vəziyyətin yarandığını bildirib.
Sitat.info xəbər verir ki, UNRWA-nın Qəzza Media Ofisinin direktor müavini İnas Həmdan AA müxbirinə verdiyi açıqlamada bildirib ki, ümumilikdə Qəzza zolağında, xüsusilə Qəzzanın şimalında və Şimali Qəzza valiliklərində vəziyyət fəlakətdən də pisdir.
"Un, düyü kimi əsas ərzaq məhsulları yoxdur. Orada yaşayanlar mədələrini doyuracaq yemək tapa bilmirlər. Vəziyyət çox acınacaqlıdır", - Həmdan deyib.
O qeyd edib ki, bölgələrdəki qida çatışmazlığı daha çox sağlamlıq problemlərinə səbəb olur.
Seymur Bənnayev
Sitat.info