Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Qəzzada baş verənlərin qeyri-insani olduğunu deyib: "Qadın və uşaqların da olduğu bu qədər insanın ölümü həqiqətən cinayətdir. Bunu soyqırım kimi qələmə vermək olar".
Sitat.info xəbər verir ki, Lavrentyev Qazaxıstanın ev sahibliyi ilə dünən Astanada başlayan Suriya ilə bağlı 21-ci Astana danışıqlarından sonra mətbuat konfransı keçirib.
Qəzza zolağındakı vəziyyətə toxunan Lavrentyev bu sözləri deyib: "Qəzza zolağında baş verən faciəvi hadisələr qeyri-insani xarakter alıb. Qısa zamanda qadın və uşaq da daxil olmaqla, bu qədər insanın həlak olması həqiqətən cinayətdir. Bunu belə soyqırım kimi xarakterizə etmək olar".
Lavrentyev İsrailin Fələstinlə bağlı siyasətini də dəyərləndirib və sözlərini belə davam etdirib:
"İsrail adminstrasiyasının bu siyasəti bütün Yaxın Şərq regionu üçün son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər. Qəzza zolağında müharibə davam edərsə, münaqişələrin Livan və Suriyaya sıçrayacağı qaçılmazdır. Əgər bu ölkələr də bu müharibədə iştirak edərsə, digər ölkələr də Yaxın Şərq bölgəsində zərər çəkəcəklər: "Bundan hər kəs zərər görəcək. Bunun olmasını heç kim istəməz. Bunun bütün mümkün üsullarla qarşısını almaq lazımdır".
Məğrur,
Sitat.info