Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) tərəfindən son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, ölkədaxili və sərhədyanı əməliyyatlarla 82 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Sitat.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini bildirib.
Aktürk, son bir həftədə PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı daxili və sərhədyanı əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 82 terrorçunun zərərsizləşdirildiyini və yanvar ayı etibarilə 82 terrorçunun zərərsizləşdirildiyini, 1 yanvar 2023-cü ildən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayının 2 min 478-ə çatdığını söyləyib.
Seymur Bənnayev
Sitat.info