Biz NATO-ya gedən yolda həlledici mərhələyə çatmışıq - Kristersson

10:00 26 Yanvar 2024

İsveçin baş naziri Ulf Kristersson Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulma protokolunu təsdiq etməsini alqışlayıb və bunu "NATO-ya tam üzvlük yolunda həlledici mərhələ" adlandırıb.

Sitat.info xəbər verir ki, “Biz Türkiyənin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsini alqışlayırıq. Biz indi NATO-ya tam üzv olmaq yolunda həlledici mərhələyə çatmışıq”, - deyə o, özünün X səhifəsində yazıb.

Xarici işlər naziri Tobias Billström də Ankaranın qərarından məmnundur. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası Türkiyədə qərar qəbuletmə prosesinin başa çatması deməkdir”, - deyə o yazıb. Bundan sonra İsveçin NATO üzvü ola bilməsi üçün Macarıstanın ratifikasiyası qalır”.



Xəbər xətti