Onlara da müşahidəçilik vəsiqəsi təqdim olundu

10:45 26 Yanvar 2024

Azərbaycanda fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6 045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.

Sitat.info xəbər verir ki, bu da 2018-ci ildə keçirilmiş prezident seçkisi ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

Eyni zamanda, müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı da artıb. Belə ki, hazırda prezident seçkisini izləmək üçün 78 QHT-nin müşahidəçəsi qeydiyyatdan keçib.

Qeyd edək ki, seçkidə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

 



Xəbər xətti