Xudafərin-Qubadlı-Laçın yolu nə vaxt tamamlanacaq?

11:45 26 Yanvar 2024

Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb.

Sitat.info xəbər verir ki, bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.

Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və 2024-cü ilin sonuna kimi tamamlanacaq.

İctimai dinləmədə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edirlər.

 



Xəbər xətti