Rusiya helikopterləri Ukraynanın hərbi obyektlərini belə vurdu... ANBAAN - VİDEO

21:48 10 Aprel 2022

Rusiya Silahlı Qüvvələri sutka ərzində Ukraynanın 86 hərbi obyektinə zərbə endirib.

Sitat.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O əlavə edib ki, iki komanda məntəqəsi, iki silah-sursat anbarı, üç yanacaq anbarı, üç reaktiv yaylım atəşi sistemləri qurğusu vurulub və 49 dayaq məntəqəsinə atəş açılıb.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Olxovatovka, Novaya Astraxan, Avdeevka, Şaxterskoe, Kuraxovo, Novoselovka II, Vesele yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatını vurub",-deyə o, əlavə edib.

 



Xəbər xətti