Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçuları təmizləməyə davam edir. Bölgədə bir terrorçu da qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək!”, - məlumatda bildirilib.