Belarusda nəsil dəyişikliyi baş verir və 80-ci illərin ikinci yarısının səhvlərini təkrarlamaq olmaz.
Sitat.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İstəsək də, istəməsək də, nəsil dəyişikliyi gedir. Bu da hər zaman təhlükəli dövr olub. Bunu ehtiyatlı və incə keçmək lazımdır. Qorbaçov dövrünü təkrarlaya bilmərik. O zaman cizgi filmlərinə baxıb, sevinirdik ki, xoşbəxtlik gələcək. Ölkəni parçalayıb, çuxura atdılar. Bunun təkrarlanmasına imkan verə bilmərik”, - Lukaşenko bildirib.