Fələstin QAP: İsrailin Amal Xəstəxanası ətrafına hücumu nəticəsində yaralananlar var

18:10 26 Yanvar 2024

İsrail ordusunun Qəzza zolağının cənubunda Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Əl-Amal xəstəxanası ətrafında həyata keçirdiyi hücumda çox sayda mülki vətəndaşın yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial media platformasında verdiyi açıqlamada İsrail tanklarının cənubdakı Xan Yunis şəhərindəki Amal xəstəxanasının ətrafını hədəfə aldığını bildirib.

Açıqlamada, İsrail ordusunun hücumları nəticəsində çox sayda mülki vətəndaşın yaralandığı, Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı tibb qruplarının İsrailin davam edən hücumları səbəbindən yaralılara çatmaqda çətinlik çəkdiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti