ABŞ ordusu Yəmənə yeni zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunub ki, zərbələrin hədəfi "Ənsar Allah" hərəkatının gəmi əleyhinə raketi olub.
CENTCOM bildirib ki, hədəf regiondakı ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün birbaşa təhdid doğurur.
Qeyd edək ki, husilər Qəzza zolağındakı hadisələrin fonunda Qırmızı dənizdəki gəmilərə hücumlar etməyə başlayıb. Onlar bildiriblər ki, İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından İsrailə aid və ya onunla əlaqəli gəmilərin keçməsinə imkan verməyəcəklər. Pentaqonun məlumatına görə, ötən ilin noyabr ayından husilər onlarla mülki gəmiyə hücum edib. Buna cavab olaraq ABŞ və Böyük Britaniya husilərin Yəməndəki mövqelərinə zərbələr endirməyə başlayıb.