İstanbulda kilsəyə silahlı hücum edildi - Ölən var

14:37 28 Yanvar 2024

İstanbulda katolik kilsəsində silahlı hücum olub.

“Sitat.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Avropa hissəsində, Sarıyer rayonundakı Müqəddəs Məryəm kilsəsində qeydə alınıb.

Maskalı iki nəfər tərəfindən hədəf alınan C.T silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə yerinə polis bölmələri cəlb olunub.



Xəbər xətti