Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynaya rəsmi səfərə gəlib.
Sitat.info xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vitali Qlaqola məlumat verib.
“Peter Siyarto Kuleba ilə görüşmək üçün Zakarpatiyaya gəlib. Onun korteji sərhədi keçib və Zakarpatiya ərazisinə daxil olub”, - jurnalist bildirib.
Onun sözlərinə görə, bu gün Siyarto ilə Kuleba arasında Ujqorodda görüş olacaq.