Mirzoyanın müavininin bu yanaşması irqçi mövqedir - İcma

16:40 29 Yanvar 2024

Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESKO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlər bu ölkənin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.

Sitat.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid olan məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. “Azərbaycana UNESKO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması təkəbbürlü və irqçi mövqedir.



Xəbər xətti