AB sanksiyaları uzatdı - Rusiyadan reaksiya

20:00 29 Yanvar 2024

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları ABŞ maraqlı olduğu müddətcə davam etdirəcək.

Sitat.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Büdcə Komitəsinin sədr müavini Aleksandr Şenderyuk-Jidkov bildirib.

"Avropa Birliyi hər dəfə sanksiyaları uzatmaqla onların müvəqqəti mahiyyətini nümayiş etdirir. Bu, onların statusunu hüquqi cəhətdən möhkəmləndirmək üçün lazımdır. Axı Avropanın bürokratik sistemi qanunlara sadiqliyini hər cür nümayiş etdirir və ciddi hüquqi qüvvə olmadığı üçün Rusiyaya qarşı sanksiyaların əsaslarının qalıcı olaraq təsdiqlənməsi mümkün deyil", - Jidkov qeyd edib.

Qeyd edək ki, AB bu gün Rusiyaya sanksiyaları daha 6 ay - 31 iyul 2024-cü ilə qədər uzadıb.



Xəbər xətti