İzmirdə gəmi batdı - 3 nəfər öldü

09:45 30 Yanvar 2024

Türkiyənin İzmir şəhərinin Dikili rayonunun sahilində balıqçı gəmisinin batması nəticəsində göyərtədəki 10 nəfərdən 3-ü ölüb, 5 nəfər yaralı xilas olunub.

Sitat.info xəbər veir ki, hadisədə 2 nəfər itkin düşüb.

Su nəqliyyat vasitəsinin hansı səbəblərdən batdığı hələlik məlum deyil.

İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir.



Xəbər xətti