Cənubi Koreya: Şimali Koreya qanadlı raketlər buraxıb

11:08 30 Yanvar 2024

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Sarı dənizə doğru qanadlı raketlər atdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 07:00-da Sarı dənizə doğru qanadlı raketlər atdığı açıqlanıb.

Bəyanatda qanadlı raketlərin sayı, uçuş məsafəsi, orbitləri və çatdıqları hündürlüklə bağlı təfərrüatlar paylaşılmayıb.

Kənan

Sitat.info



Xəbər xətti