Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri fevralın 1-dən etibarən tətbiq olunacaq sosial təminat qanununun “tibbi məqsədlərlə daşınma” maddəsinə etiraz olaraq hərəkətə keçiblər.
Sitat.info xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, bu ay ölkədə rəsmi qəzetdə dərc olunan və fevralın 1-dən etibarən qüvvəyə minəcək qanunun maddəsində xəstələrin tibbi daşınma üçün nəqliyyat vasitələrini paylaşması, əks halda isə onların sosial təminat sığortalarının kəsilməsi nəzərdə tutulur.
Taksi sürücüləri Bordo, Marsel, Nitsa və Lion şəhərlərində və Parisin də daxil olduğu İle-de-Frans bölgəsinin müxtəlif yerlərində nəqliyyatda sığorta ayırmaları ilə bağlı maddəyə etiraz olaraq aksiya keçiriblər.
Kənan
Sitat.info