ABŞ administrasiyası: İranla müharibə aparmaq niyyətində deyilik

11:15 30 Yanvar 2024

3 Amerika əsgərinin həlak olduğu hücumdan sonra hərbi variantlarını dəyərləndirən ABŞ rəhbərliyi, İranla müharibə niyyətində olmadıqlarını açıqladı.

Sitat.info xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində ABŞ bazasına hücumdan sonra Vaşinqtonda baş verənləri çatdırıb.

Kirbi, prezident Co Baydenin sözügedən hücuma "uyğun cavab" verməkdə qərarlı olduğunu vurğulayaraq deyib: "İranla müharibə və rejimlə hərbi qarşıdurma aparmaq niyyətində deyilik".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti