İnsan beyninə çip yerləşdirildi - İlk dəfə

13:15 30 Yanvar 2024

Milyarder İlon Maskın “Neuralink“ şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Mask “X” sosial hesabında paylaşım edib.

O, prosesin yaxşı getdiyini yazıb.

Qeyd edək ki, implantların beyinə implantasiyası ilə bağlı sınaqlara könüllülər qoşulub. Maskın fikrincə, bununla da insanlar çipin köməyilə kompüteri birbaşa idarə edə biləcəklər.



Xəbər xətti