Qəssam Briqadaları: Təl-Əvivi raketlərlə vurduq

11:58 30 Yanvar 2024

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları İsrailin Qəzza zolağında törətdiyi qırğınlara cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurduqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Qəssam Briqadalarının Telegram hesabından edilən açıqlamada deyilir: "İşğalçı dövlət İsrailin dinc əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq Təl-Əvivi raketlərlə vurduq".

Digər tərəfdən, İsrailin Kanal 12 televiziyasında "Böyük Təl-Əviv bölgəsində (mərkəzi bölgə) sirenlər səsləndi və Qəzza zolağından Böyük Təl-Əviv bölgəsinə doğru ən azı 12 raket atıldı" başlıqlı xəbər yer alıb

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti