Yaxın Şərq 1973-cü ildən bəri ən təhlükəli vəziyyətlə üzləşib- Blinken

15:10 30 Yanvar 2024

ABŞ-ın dövlət katibi Entoni Blinken, İsrail-Fələstin münaqişəsinin başladığı 7 oktyabrdan bu yana baş verən prosesə toxunaraq qeyd edib ki, 1973-cü ildən bəri bütün bölgədə hazırda qarşılaşdığımız qədər təhlükəli bir vəziyyət görməmişdik. 

Sitat.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirib. Blinken, Suriya-İordaniya sərhədində ABŞ bazasına 3 əsgərin həyatını itirdiyi hücumla bağlı qiymətləndirmələr aparıb.
O, həyatını itirən əsgərlərə yas tutduqlarını bildirib. Bu cür hücumların bir daha baş verməməsi üçün lazım olan hər cür tədbiri gördüklərini deyən Blinken, prezident Co Bayden administrasiyasının hərbi cavab variantlarını dəyərləndirdiyini xatırladıb:

“Prezidentin dünən bəyan etdiyi kimi, bu hücuma cavab verəcəyik və bu cavab çoxqatlı olacaq. “Bu, mərhələlərlə və uzun müddət ərzində baş verəcək.  Hazırda Yaxın Şərqdə inanılmaz dərəcədə qeyri-sabit bir dövr yaşayırıq. 1973-cü ildən bəri bölgədə hazırda qarşılaşdığımız vəziyyət qədər təhlükəli bir vəziyyət görməmişik".

“Girovların azad edilməsinə ümid var”

İsrail-Fələstin münaqişəsinə toxunan Blinken vurğulayıb ki, İsrail girovların azad edilməsi prosesinin davam etməsini istəyir: "İnanıram ki, İsrail rəhbərliyi və İsrail ictimaiyyəti bunu çox istəyir. Bundan artıq söz deyə bilmərəm, amma deyə bilərəm ki, çox mühüm və məhsuldar iş görülüb. Gələcəyə  ümid var".

Seymur,

Sitat.info



Xəbər xətti