Bakının AŞPA-dan çıxmasının fəlakətli nəticəsi olacaq

15:39 30 Yanvar 2024

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması ölkəyə heç bir şəkildə təsir etməyəcək, lakin gələcəkdə Assambleyanın özü üçün fəlakətli nəticələri ola bilər.

Sitat.info xəbər verir ki, bunu Report-a politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan nümayəndə heyəti ilə AŞPA arasında əməkdaşlığın qeyri-müəyyən müddətə dayandırılmasına münasibət bildirərkən deyib.

"Azərbaycanla AŞPA arasında münasibətlərin böhrana düşməsinin əsas səbəbi Assambleyanın bir sıra deputatlarının vicdansızlığıdır. Fransanın təsiri ilə bir neçə ermənipərəst, anti-Azərbaycan və yalan bəyanatlar veriblər”, - o vurğulayıb.

Politoloqun fikrincə, ümumiyyətlə, təşkilatın gələcəyi qeyri-müəyyəndir:

"AŞPA sadəcə olaraq Avropa Parlamentinin fəaliyyətini təkrarlayır. Əgər orada yalnız Avropa Birliyinə üzv dövlətlər qalırsa, o zaman AŞPA-nın fəaliyyətinin sadəcə mənası yoxdur”.



Xəbər xətti