Cenevrədə yerləşən Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatının rəhbəri Rami Abdu deyib ki, İsrail aclıqdan insanları Qəzzadan sıxışdırmaq və hətta öldürmək üçün silah kimi istifadə edir.
Sitat.info xəbər verir ki, Cenevrədə yerləşən Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatının (Euro-Med) sədri Rami Abdu İsrailin şiddətli hücumları və blokadası altında Qəzzada yaşanan aclıq və Qəzzalıların üzləşdiyi çətin şərtlərlə bağlı qiymətləndirmələr edib.
Qəzzada kütləvi ərzaq qıtlığı səbəbiylə insanların yemək bişirə bilmədiklərini deyən Abdu, İsrailin Qəzzada soyqırım törətməyə başladığı hücumlardan əvvəl hər gün orta hesabla 500 TIR yardım materialının bölgəyə daxil olduğu halda, hazırda bu rəqəmin 100 TIR və daha az olduğunu qeyd edib.
Seymur Bənnayev
Sitat.info