Qərbdə Fələstini dəstəkləyən jurnalistlərə qarşı təzyiqlər davam edir

18:13 30 Yanvar 2024

Qərb ölkələrinin media qurumları İsrailin Qəzzaya hücumlarına qarşı fələstinlilərə dəstək verən jurnalistlərə işdən çıxarma və təhdid kimi təzyiqlərə davam edir.

Sitat.info xəbər verir ki, İsrail dünyanın ən sıx məskunlaşdığı Qəzza zolağına hücumlarını və blokadasını davam etdirərək dünya tarixində görünməmiş humanitar böhrana səbəb olub. İctimaiyyət arasında da müharibə gedir. Xüsusilə münaqişəli dövrlərdə əhəmiyyəti artan mediada “hekayə” uğrunda mübarizə gedir.

Böyük Qərb media təşkilatları İsrailin hərəkətlərini ictimaiyyətdən gizlətmək və Fələstin hekayəsini senzura etmək üçün işçilərinə böyük təzyiq göstərirlər. İsrailin hərəkətlərinə qarşı səsini ucaldan jurnalistlər vicdanları ilə işlərini itirmək arasında seçim etmək məcburiyyətində qalırlar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti