İsrailin Qəzzada bir evə hücumu nəticəsində azı 20 mülki şəxs həlak olub

20:28 30 Yanvar 2024

İsrail ordusunun Qəzzanın Səbra rayonunda bir evə təşkil etdiyi hava hücumunda əksəriyyəti uşaq və qadın olan ən azı 20 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın bölgədəki yerli mənbələrə istinadən verdiyi xəbərə görə, İsrail ordusu Səbra rayonunda Maduh ailəsinə məxsus evi bombalayıb.

Hücum nəticəsində əksəriyyəti uşaq və qadın olan ən azı 20 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Kənan

Sitat.info



Xəbər xətti