ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki bazaya pilotsuz təyyarə ilə hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib.
Sitat.info xəbər verir ki, bu barədə Bayden Floridaya getməzdən əvvəl açıqlama verib. Lakin ABŞ prezidenti qərarın təfərrüatlarını bölüşməyib.
Co Bayden: “Məncə, Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur", - deyib.
Qeyd edək ki, İordaniya-Suriya sərhədindəki “Qüllə 22” bazasına edilən hücumda 3 ABŞ əsgərinin öldüyü, ən azı 34 nəfərin yaralandığı açıqlanıb.
ABŞ hücuma görə "İranın dəstəklədiyi silahlıları" məsuliyyətə cəlb edib.
Seymur Bənnayev
Sitat.info