İsrail Qəzzada tunelləri dəniz suyu ilə doldurur

23:30 30 Yanvar 2024

İsrail ordusu oktyabrın 7-dən hücuma keçdiyi Qəzza zolağında bəzi tunellərin dəniz suyu ilə doldurulması xəbərini təsdiqləyib.

Sitat.info xəbər verir ki, İsrail ordusu HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid bəzi tunellərə dəniz suyu doldurduğunu açıqlayıb.

Açıqlamada aparılan mühəndislik işləri çərçivəsində nasos və borularla tunellərə suyun vurulduğu qeyd edilib, torpaq və su yolları analiz edilərək qrunt sularının zədələnməsinin qarşısı alındığı iddia edilib.

Kənan

Sitat.info



Xəbər xətti