İsrail rəsmiləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəzi işçilərinin HƏMAS-a dəstək verdiyini iddia etdikdən sonra İsveç UNRWA-ya maliyyə dəstəyini dayandırıb.
Sitat.info xəbər verir ki, İsveç Milli Yardım Agentliyi (SIDA) açıqlamasında UNRWA-ya verəcəkləri 2 milyon 700 min avroluq yardımı dayandırdıqlarını açıqlayıb.
İsveç Xarici Ticarət Naziri Johan Forssell, ölkəsinin dövlət televiziyası SVT-yə verdiyi açıqlamada, SİDA-nın verdiyi qərarı çox doğru gördüklərini və bunun əvəzinə yardımın Dünya Qida Proqramı və Qırmızı Xaç kimi təşkilatlara göndəriləcəyini söylədi.
Seymur Bənnayev
Sitat.info