Martda keçiriləcək prezident seçkilərində müstəqil namizəd olan Rusiya prezidenti Vladimir Putinin aktivləri açıqlanıb.
Sitat.info xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Putinin Sankt-Peterburqda 78 kvadratmetrlik mənzili və həmin şəhərdə 18 kvadratmetrlik qarajı var.
Putinin 1960 model GAZ M21, 1965 model GAZ M21 və 2009 model Niva markalı avtomobillərlə yanaşı, Rusiya liderinin 10 müxtəlif bank hesabında 54,4 milyon rubl (təxminən 606 min dollar) var.
Sankt-Peterburq Bankında da 230 səhm sahibi olan Putin, 2018-ci ildən başlayan prezidentlik dövrünü əhatə etməklə, son 6 ildə 67 milyon rubldan çox gəlir əldə edib.
Seymur Bənnayev
Sitat.info