Azərbaycan nefti BAHALAŞDI

09:45 31 Yanvar 2024

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info xəbər verir ki, hərracların nəticələrinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,14 ABŞ dolları və ya 0,16% artaraq 87,54 ABŞ dollarına yüksəlib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



Xəbər xətti