Almaniya Rusiyaya görə qırıcılarını havaya qaldırdı

13:30 31 Yanvar 2024

Almaniya Baltik dənizinin sahillərində müşahidə edilən Rusiya kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün qırıcılarını havaya qaldırıb.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Rusiya hərbi təyyarəsi Rügen yaxınlığında aşkar edildikdən sonra Almaniyanın şimal-şərqindəki “Laage” aviabazasından qırıcılar havaya qalxıb:

“Alman qırıcılar Rusiya təyyarəsini şərqə dönməzdən əvvəl müşayiət edib. İl-20M hərbi təyyarəsi transponder siqnalı olmadan uçub”.



Xəbər xətti