Qarabağda hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var.
Bunu Axar.az-a millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, Milli Məclisdə azad olunan ərazilərdə hərbi sənaye müəssisələrinin tikilməsi ilə bağlı təklif də verib:
“Bu təkliflə bağlı Milli Məclisin növbəti iclaslarında qərar veriləcək. Ümumiyyətlə azad olunan ərazilərdə hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi Ağdam və Cəbrayıl rayonlarında müvafiq işlər görməlidir. Həmin sənaye müəssisəsində ağır texnika və silahlar yox, hərbi təyinatlı məhsullar, patron darağı və güllələr istehsal etmək olar. Sovet dövründə də Ağdam rayonunda hərbi sənaye müəssisəsi olub”.