Zelenskidən Almaniyaya qəribə çağırış: "Ukraynalılara pul xərcləməkdənsə, birbaşa bizə göndərin"

17:35 31 Yanvar 2024

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya maraqlı müraciət edərək, “Qaçqınlarımıza pul verməyi dayandırın” deyib. Kiyev Berlindən Almaniyaya qaçan ukraynalılara xərcləmək əvəzinə dövlət büdcəsinə vəsait ayırmağı xahiş edib.
Sitat.info xəbər verir ki,
Ukrayna prezidenti Vladimir Zelenski Almaniya hökumətini öz ərazisindəki ukraynalı qaçqınlara maliyyə dəstəyi siyasətindən əl çəkməyə və bunun əvəzinə pulu Kiyevə köçürməyə çağırıb. Alman ictimai televiziyası ARD-a verdiyi müsahibədə Zelenski belə bir tətbiqin yardım mexanizmlərini daha şəffaf edəcəyini bildirdi.

Zelenski   Ukraynadan qaçaraq Almaniyada məskunlaşan insanların hazırda hər iki ölkədən maliyyə yardımı aldığını deyib. O, bu vəziyyəti dəyişmək lazım olduğunu vurğulayıb.
"Almaniya Ukrayna büdcəsinə pul verməklə ukraynalılara dəstək versə, daha yaxşı olar", - prezident deyib. O əlavə edib ki, Kiyev hökuməti daha sonra hər bir şəxsin harada olmasından asılı olaraq vəsaitləri bölüşdürəcək.

Almaniyanın aparıcı beyin mərkəzlərindən biri olan Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) məlumatına görə, Berlin 24 yanvar 2022-ci il və 31 oktyabr 2023-cü il tarixləri arasında ukraynalı qaçqınlar üçün təxminən 14 milyard avro (15,19 milyard dollar) xərcləyib.

IfW-nin məlumatına görə, Almaniya eyni dövrdə  Polşadan (15,6 milyard avro, təxminən 16,93 milyard dollar) sonra Ukraynalı qaçqınlar üçün ikinci ən böyük donor olub.
Zelenskinin çağırışı Kiyevin Qərb himayədarlarından aldığı nağd yardımda böhranla üzləşdiyi vaxta təsadüf edir.

Kiyevdəki maliyyə nazirliyi ötən il 42 milyard dollardan çox xarici yardım almasına baxmayaraq, 2024-cü il üçün maliyyə ehtiyaclarının 37,3 milyard dollar olaraq qiymətləndirildiyini bildirib. Maliyyə naziri Sergey Marçenko da dekabrda xəbərdarlıq etmişdi ki, Ukrayna ilin ilk iki ayında büdcə kəsiri ilə üzləşə bilər.

Ukrayna son bir neçə ay ərzində yüksək vəzifəli dövlət məmurlarının da daxil olduğu bir sıra korrupsiya qalmaqalları ilə sarsılıb. Bu ayın əvvəlində Ukrayna Müdafiə Nazirliyi daxili auditə istinad edərək hərbi korrupsiya ilə bağlı 262 milyon dollar xərci açıqlayıb. Transparency İnternational bu yaxınlarda özünün Korrupsiya Qavrama İndeksi hesabatında Ukraynanı 180 ölkə arasında 104-cü yerə layiq görüb.

Yanvarın ortalarında Almaniyanın həftəlik nəşri Der Spiegel də yazıb ki, Berlin hökuməti Ukraynaya göndərilən hərbi yardımın hara getdiyindən əmin deyil. Qəzet bildirirdi ki, alman siyasətçiləri Kiyevin təminatlarına arxalandığı üçün Berlinin Kiyevə irimiqyaslı hərbi yardımı nəzarətsiz qalıb.

Məğrur,

Sitat.info



Xəbər xətti