Yeraz Camala hökm oxundu

17:56 31 Yanvar 2024

Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub.

Sitat.info Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirməkdə təqsirli bilinib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, "qanuni oğru" R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib. N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.



Xəbər xətti