Qəzza zolağının şimalındakı Beyt Lahiyadakı məktəbdə əlləri və gözləri bağlı 30 nəfərin cəsədi tapılıb.
Sitat.info xəbər verir ki, Fələstin Əsirlər Dərnəyindən verilən açıqlamaya görə, Qəzza zolağının şimalında Beyt Lahiya bölgəsində İsrail tərəfindən blokadaya alınan məktəbdə 30 nəfərin cəsədinin tapıldığı ortaya çıxıb.
Hadisə yerində olan şahidlər ölənlərin əllərinin və gözlərinin bağlı olduğunu bildirib və bunu əsir götürülmə kimi şərh ediblər.
Seymur Bənnayev
Sitat.info