Almaniya Baş Qərargah rəisi general-leytenant Karsten Breuer ordunun ölkəni müdafiə etmək gücündə olduğunu, lakin kifayət qədər yaxşı müdafiə etmək iqtidarında olmadığını bildirib.
Sitat.info xəbər verir ki, General-leytenant Breuer Handelsblatt qəzetinin təşkil etdiyi “Təhlükəsizlik və Müdafiə 2024” adlı konfransda çıxış edib.
Alman silahlı qüvvələrinin döyüşə yararlı olması üçün yenidən quruluşa və silahlara ehtiyacı olduğunu ifadə edən Breuer deyib: "Bu sual olduqca tez-tez soruşulur, icazə verin, belə deyim. İndi hücuma məruz qalsaydıq, özümüzü müdafiə edə bilərdik? Bəli! Amma biz bunu yaxşı bacara bilərdik? Xeyr, bacara bilməzdik!".
Seymur Bənnayev
Sitat.info