Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edə bilər.
Sitat.info xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib.
“İstanbul prosesi zamanı əldə edilən irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Atəşkəs razılaşmasına nail olmaq üçün Türkiyə tərəflər arasında birbaşa danışıqlar olmadan vasitəçi kimi çıxış edə bilər”, - o bildirib.
Özer qeyd edib ki, son bir neçə gündə ABŞ və Türkiyə Ankarada sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putunin 12 fevralda Türkiyəyə səfər edə biləcəyi haqda məlumat yayılıb./ axar.az