Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılacaq.