ABŞ Yəməndə husilərin PUA-larını vurub

14:20 1 Fevral 2024

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə "Ənsar Allah" hərəkatının 10 pilotsuz uçuş aparatını (PUA) vurduğunu təsdiqləyib.

Sitat.info bu barədə xarici KİV-ə istinadən xəbər verir.

CENTCOM-un məlumatına görə, PUA-lar ABŞ-nin bölgədəki ticari və hərbi gəmiləri üçün birbaşa təhdid törədib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ və Böyük Britaniya Yəməndə üsyançı husilər "Ənsar Allah" hərəkatının hədəflərinə növbəti silsilə zərbələr endirib.

Hücuma Qırmızı dənizdə yerləşən Hudeyda liman şəhərinin Əl-Cabban bölgəsi məruz qalıb.



Xəbər xətti