Qaribaşivili hakim partiyanın sədri seçildi

14:50 1 Fevral 2024

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşivili rəsmi olaraq hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının sədri olub.

Sitat.info xəbər verir ki, bu barədə qərar fevralın 1-də partiyanın növbədənkənar 8-ci qurultayında yekdilliklə qəbul edib.

Qeyd edək ki, İ. Qaribaşivili bu il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.



Xəbər xətti