Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel Aİ-nin 27 üzvünün Ukraynaya 50 milyard avroluq yardım paketi barədə razılığa gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə razılıq Aİ liderlərinin Brüsseldə keçirilən sammitində əldə olunub.
Mişel o, müqavilənin Ukrayna üçün uzunmüddətli olduğunu bildirib.
Almaniya, Polşa, Belçika və Finlandiyanın baş nazirləri sammitə səfəri zamanı 27 üzv dövlətin Kiyevə dəstək barədə razılığa gəlməsinin kritik olduğunu bildiriblər.
Macarıstanın baş naziri Viktor Orbanın dekabrdakı sammitdə olduğu kimi, yardım paketini bir daha təsdiq etməyəcəyindən ehtiyatlanırdı. Sammit başlamazdan əvvəl Aİ liderləri Macarıstana bloku qaldırması üçün təzyiq göstərdilər. Liderlər Orbana tərəf seçməli olduğunu söyləyiblər. Avropa Komissiyasının sədri Ursula von der Leyen razılaşmanı Avropa üçün yaxşı gün kimi xarakterizə edib, Ukrayna prezidenti Zelenski Aİ liderlərinə minnətdar olduğunu bildirib və qərarın 27 üzvün hamısı tərəfindən qəbul edildiyinə diqqət çəkib.
ABŞ-ın 60 MİLYARD DOLLAR PAKETİ
Ağ Ev isə Konqresin Ukrayna üçün 60 milyard dollarlıq paketi təsdiq etməsini istəyir. Lakin respublikaçılar bu yardımı qaçqın axınına cavab olaraq cənub sərhədində addımların atılması ilə əlaqələndiriblər. Hələlik Demokratlar və Respublikaçılar arasında sərhəd məsələsində razılıq yoxdur.
Türkan,
Sitat.info