Prezident İlham Əliyevin Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların Ermənistanın Konstitusiyasında öz əksini tapması mövzusunu aktuallaşdırması doğru strategiyadır.
Bunu Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, bu məsələ həll olunmadan sülh sazişi mümkün deyil: "Bu ona işarədir ki, baş nazir Nikol Paşinyan Ermənistanın Konstitusiyasında həmin bəndləri çıxarmadan Azərbaycanla sülh sazişi imzalaya bilməyəcək. İlham Əliyev eyni zamanda Konstitusiya mövzusunda Ermənistanda müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirərək bunun sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada biləcəyini vurğulayıb. Əslində bu Paşinyana mesajdır ki, sülh istəyirsənsə Azərbaycanın ərazi bütövlüyünü tanımaq azdır, Konstitusiyanı da dəyişdirməlisən!".
Məğrur,
Sitat.info