Qəzzada ölənlərin sayı 27 mini keçib

18:36 1 Fevral 2024

Qəzzada Səhiyyə Nazirliyi, İsrailin hücumlarında ölənlərin sayının 27 min 19-a yüksəldiyini açıqladı.
Sitat.info xəbər verir ki, Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına 118 gündür davam edən hücumları ilə bağlı məlumat verib.

İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 119 fələstinlini öldürdüyü, ölənlərin sayının isə 27 min 19-a yüksəldiyi bildirilib.

Qeyd olunub ki, son hücumlarda daha 190 nəfərin yaralandığı Qəzza zolağında yaralananların ümumi sayı 66 min 139-a yüksəlib.

Səid,

Sitat.info



Xəbər xətti