BMT: Qəzza iqtisadiyyatının bərpası onilliklər çəkə bilər

19:31 1 Fevral 2024

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) elan edib ki, Qəzzanın hazırkı münaqişədən əvvəl sosial-iqtisadi vəziyyətinə qaytarılması beynəlxalq ictimaiyyət tərəfindən tam dəstəklənən və lazımi şəkildə maliyyələşdirilən bərpa proqramı olmadan onilliklər çəkə bilər.

Sitat.info xəbər verir ki, UNCTAD, 7 oktyabr 2023-cü ildən sonra hərbi əməliyyatın başlamasından bu yana Qəzzada sosial və iqtisadi deqradasiyaya dair hesabat dərc edib.

Konfransda araşdırma ilə bağlı edilən açıqlamada hesabatda ümumi daxili məhsulun (ÜDM) itkisi, bərpa müddətləri və yoxsulluq ilə ev təsərrüfatlarının xərclərinə qalıcı təsirlərin ölçüldüyü bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti